...

Azərbaycan Parlamentinin İntizam Komissiyası müxalifətçi deputatın etik normaları pozmasından narazıdır -Komissiya sədri

Siyasət Materials 16 Aprel 2008 17:04 (UTC +04:00)
Azərbaycan Parlamentinin İntizam Komissiyası müxalifətçi deputatın etik normaları pozmasından narazıdır -Komissiya sədri

Azərbaycan, Bakı, 16 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin İntizam Komissiyası müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseynin iclaslarda mübahisə yaratmasından, etik normaları pozmasından və iclasın gedişinə mane olmasından narazıdır. "Əgər Pənah Hüseyn bir daha etik normaları pozaraq Milli Məclisin iclasının gedişinə mane olsa, onu İntizam Komissiyasına çağıraraq etikaya dəvət edəcəyik. Mən ona bir daha belə hərəkətlərə yol verməməsi ilə bağlı xəbərdarlıq edirəm", - deyə çərşənbə günü Trend a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev bildirib.

Milli Məclisin aprelin 15-də keçirilən iclasında spiker Oqtay Əsədovla deputat Hüseyn arasında mübahisə yaranıb. Çıxışa yazılan Hüseyin yerindən qalxaraq adının siyahıdan çıxarılmasına etiraz edib. Spiker onu intizam qaydalarına əməl etməyə çağırıb. Sumqayıtdan seçilmiş YAP-çı deputat Nizami İsgəndərovun məsələyə müdaxiləsi mübahisəni qarşılıqlı təhqirə çevirib.

Əbiyev qeyd edib ki, müxalifətçi deputat hərəkətlərini təkrarlasa, məsələ İntizam Komissiyasının iclasında müzakirə olunacaq.

Parlamentin bütün deputatları Hüseynin iclaslarda yol verdiyi hərəkətlərdən narazı və narahatdırlar.

"Pənah Hüseynin iclaslarda yol verdiyi hərəkətlər deputata yaraşan hal deyil. Oqtay Əsədov Parlamentin sədridir və deputatlara hər hansı irad tuta bilər. Amma Pənah Hüseynin yerindən qışqıraraq spikerə "sən kimsən, mənim üstimə qışqırırsan" deməsi deputata yaraşan hərəkət deyil. Necə yəni sən kimsən? Pənah Hüseyn bilmir orada oturan sədrdir. O, bütün iclaslarda sədrlə mübahisə edir. Sədrlə belə formada danışmaq olmaz. Hər bir deputat Milli Məclisin iclasında etikanı gözləməlidir", - deyə İntizam Komissiyasının sədri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti