...

Avropa Şurasının Baş Katibi Azərbaycanda KİV-in vəziyyətindən narahatdır

Siyasət Materials 16 Aprel 2008 18:52 (UTC +04:00)
Avropa Şurasının Baş Katibi Azərbaycanda KİV-in vəziyyətindən narahatdır

Fransa, Strasburq, 16 aprel / Trend , müxbir A.Məhərrəmli / Avropa Şurasının Baş Katibi Terri Devis Azərbaycanda KİV-in vəziyyətindən narahat olduğunu ifadə edib. "Mən öz narazılığını ifadə edən insanlara qarşı böhtan və təhqirə dair qanunun tətbiq edilməsindən narahatam. Jurnalistlərə qarşı əsassız ittihamlar irəli sürülür və onlar peşəkar fəaliyyətlərinə aid olmayan maddlər ilə təqib edilirlər", - deyə bu gün Strasburqda keçirilən mətbuat konfransında Devis bildirib.

Onun sözlərinə görə, jurnalistlərin "qanundan üstün" olduğunu hesab etmək düzgün olmazdı. "Əgər hər hansı jurnalist cinayətdə ittiham olunursa, o məhkəmə qarşısında cavab verməlidir. Lakin bəzi Avropa Şurası ölkələrində tənqidçi jurnalistlərə qarşı xeyli məhkəmə prosesi aparıldığından müşahidəçilər bu məsələnin mahiyyətində qeyri-ixtiyari olaraq təqib tərkibi görürlər", - deyə o bildirib.

Hazırda Azərbaycanda Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə üç jurnalist həbsdədir. Beş jurnalist isə bu yaxanlarda prezident tərəfindən əfv olunub.

Xəbər lenti

Xəbər lenti