...

İran və Suriya arasında ittifaq ərəb dünyasını parçalanmaya sövq edir – ekspertlər

Siyasət Materials 16 Aprel 2008 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/ Trend müxbir R.Hafizoğlu, E.Tarıverdiyeva, R.Abdullayev/ İran və Suriya arasında siyasi ittifaq ərəb dünyasında zəruri birləşmədən daha çox fikir ayrılıqlarına gətirəcək. "Ərəb dünyasının Dəməşqdən uzaqlaşması onun İranla yaxınlaşması ilə birbaşa bağlıdır", - israilli ekspert Vladimir Mesamed hesab edir.

Ərəb dünyası Dəməşq və İranın hərbi-siyasi sahədə sıx əməkdaşlıq etməsindən çox narahatdır. Bu bəzi ərəb ölkələrinin martın 27-29-da Suriyada keçirilmiş Ərəb Dövlətləri Liqasının (ƏDL) sammitini boykot etməsinə səbəb olub.

"Ərəb dünyasında Suriyanın təcridi bu ölkənin prezident Bəşər Əsədin apardığı uzaqgörən olmayan xəttə görə ödədiyi siyasi qiymətdir", - İsrailin Yaxın Şərq İnstitutunun professoru Vladimir Mesamed çərşənbə günü Trend -a bildirib.

"İsrail Suriya ilə birbaşa danışıqların lehinə çıxış etdiyi halda, Dəməşq ABŞ və ya Aİ-nin simasında vasitəçinin olmasını tələb edir. Bununla yanaşı, Dəməşqin İranı özünün strateji tərəfdaşı kimi tanıması Bəşər Əsədin Suriya-İsrail nizamlanması probleminin həllinə sülhsevər yanaşmasına ciddi şübhələrin yaranması üçün əsas verir. 2008-ci ildə İran-Suriya hərbi dialoqunda yeni faza başlayıb", - ekspert bildirib. Politoloqun rəyinə görə, bu ittifaq antiamerikan xarakterlidir və Yaxın Şərq regionu ölkələrinin maraqlarını fərz edilən xarici müdaxilədən müdaifə etmək üçün nəzərdə tutulacaq.

Türkiyəli politoloq Mustafa Özcan hesab edir ki, ərəb ölkələrinin Suriyanı təcrid etməsi siyasi cəhətdən buraxılan səhvdir. "Bu gün ərəb ölkələrənin parçalanma və fikir ayrılığından çox birliyə ehtiyacları var"- Türkiyədə dərc olunan "YeniAsiya" qəzetinin eksperti Özcan çərşənbə günü İstambuldan Trend -a telefonla bildirib.

"Hal-hazırda ABŞ və İsrail bir dövlət kimi Suriyanın taleyini həll etməyə çalışırlar, bu dövlət hər an başlaya biləcək müharibə təhlükəsi ilə üz -üzədir"-deyə o bildirib.

Politoloq hesab edir ki, ərəb ölkələri Suriyanı özlərindən təcrid edərək, regiondakı siyasi gərginliyi artırmaqdansa problemləri danışıql yolu ilə həll etsələr daha yaxşı nəticə əldə edə bilərlər. "ABŞ və İsrail Suriyanın ərəb ölkələri ilə əlaqəsini kəsmək üçün əldə olan bütün imkanlardın istifadə edirlər"-deyə,politololq bildirib.

Onun fikrincə,ərəb ölkələri Suriyanın İranla əlaqələrinin hazırki səviyyədə qaldığı müddətə onunla yaxınlaşmaq istəmirlər."Ərəb dövlətləri Suriya ilə əlaqələri donduraraq, İsraillə əlaqə yaratmağı arzulayırlar" -Özcan bildirib.

Suriyalı müstəqil politoloq Hüsnü Məhəlli hesab edir ki, ərəb dövlətləri Dəməşq Sammitini Vaşinqtonun gösrətişi ilə boykot ediblər.

"Ərəb Ölkələri Liqasının sammitinin Nizamnaməsinə əsasən sammiti təşkil edən ölkə yuxarılarda növbəti görüşə qədər qədər ərəb dünyasında baş verən bir çox siyasi proseslərə təsir etmək imkanına malik olur. ABŞ isə heç vaxt istəməz ki, onun siyasi maraqlarına zidd fəaliyyət göstərən bir ölkə digər ərəb ölkələrinə siyasi təsir etsin"-deyə çərşənbə günü Məhəlli İstambuldan telefonla Trend -a bildirib.Politoloq hesab edir ki, ərəb ölkələrinin liderləri Suriya-İran münasibətlərindən deyil ABŞ və İsraildən qorxurlar.

"ABŞ regionda yalnız İsrailin maraqlarını müdafiə edir. İsrailsə İslami Müqavimət Təşkilatı "Həmas" və "Hizbullahdan qorxur.Bu təşkilatlar isə ancaq Suriya və İran tərəfindən dəstəklənməkdədir" -o bildirib.

Amerikalı ekspert Pol Sellivan (Paul Sullivan) hesab edir ki, ərəb dünyasının Suriya və onun rəhbərliyi ilə çətin münasibətləri var. "Ərəb dünyası Suriyanı ərəb millətinin bir hissəsi hesab edir. Lakin eyni zamanda Suriya "şiə üçbucağının" tərəfdarıdır" - çərşənbə günü Corctaun Universitetinin professoru Sellivan elektron poçtu ilə Trend -a yazıb.

ABŞ-da olduğu kimi, sünni cərəyanın bir çox tərəfdarları İranın İraq və Livanın şiə icmalarına, həmçinin Fars körfəzi regionuna artan təsirindən çox narahatdırlar.

Suriyanın Baş naziri Nəci əl-Otri 2005-ci ilin fevralında vahid Suriya-İran cəbhəsinin yaradılması haqqında təkliflə İrana müraciət edib. 2005-ci ilin avqustunda Suriya və İran strateji ittifaqın bağlanması haqqında qərar qəbul ediblər. 2008-ci ilin yanvarında ölkələr Anlaşma memorandumu imzalayıblar. Bunun ardınca bir neçə dəfə yüksək səviyyədə səfər mübadiləsi həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti