...

Bizə danışıqları necə aparmaq barədə söhbətlər deyil, konkret hərəkətlər lazımdır – Gürcüstanın dövlət nazirinin müavini (video)

Siyasət Materials 16 Aprel 2008 20:57 (UTC +04:00)
Bizə danışıqları necə aparmaq barədə söhbətlər deyil, konkret hərəkətlər lazımdır – Gürcüstanın dövlət nazirinin müavini  (video)

Azərbaycan, Bakı, 16 aprel/ Trend müxbir K.Ramazanova/ Bizə danışıqları necə aparmaq barədə söhbətlər lazım deyil. Bizə konkret, çevik və dinamik hərəkətlər lazımdır. Bu barədə çərşənbə günü Gürcüstanın reinteqrasiya üzrə dövlət nazirinin müavini Dmitri Mancavidze, "GUAM-a üzv ölkələrin ərazilərindəki münaqişələrin həllinin prinsipial əsasları" mövzusunda keçirilən beynəlxalq konfransın yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"Bizim danışıqlar apardığımız tərəflərin hər birinin bunun sadəcə danışıqlar olmadığınıvə bizim real hərəkətlərə getdiyimizi anlamaları yaxşı olardı", - Mancavidze bildiribş

Onun sözlərinə görə, birinci növbədə istifadə edilməli olan hüquqi əsas ərazi bütövlüyü və suverenitet olmalıdır.

"Biz danışıqlar prosesinə hazırıq", - Mancavidze bildirib.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, yaxşı münasibətlərlə uzun müddət risk etmək və bu münasibətlərdən sui-istifadə etmək olmaz.

"Birinci dəfə vəziyyəti aydınlaşdırmaq və beynəlxalq hüquq çərçivəsində əlimizdə olan ehtiyatları qiymətləndirmək qərarına gəldiyimiz üçün bu konfrans vacibdir", - o bildirib.

Əzimovun sözlərinə görə, bu konfrans sadəcə vahid maraqları paylaşan dövlətlərin ağrılı məsələlərinin siyasi müzakirəsi üçün təşkil edilən hansısa bir forum deyil. " Biz bu əsasda yaranan münaqişələrin, böhranların nizamlanması probleminə dair dünya təcrübəsini toplamışıq", - nazir müavini bildirib.

Əzimovun sözlərinə görə, belə görüşlərin gedişində açıqlanmayan ehtiyatlar gələcəkdə bizə onlardan beynəlxalq səviyydə istifadə etmək imkanı verəcək.

Bakıda arıtıq iki gündür ki, "GUAM-a üzv ölkələrin ərazilərindəki münaqişələrin həllinin prinsipial əsasları" beynəlxalq konfransı keçirilir.

GUAM-ı formatı 1999-cu ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti