...

Rusiyanın Azərbaycanda səfiri Naxçıvana ikigünlük səfər edib

Siyasət Materials 17 Aprel 2008 00:58 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 16 aprel / Trend müxbr E.Məmmədov/ Rusiya Federasiyasının Azərbaycanda səfiri Vasili Stratov Naxçıvan MRikigünlük səfər edib. Səfərin ilk günündə səfir Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

Görüşdə Nikoylbankın Azərbaycan filialının baş direktoru Vasili Xamaza, səfirliyin birinci katibi Aleksey Yuranov və səfirin köməkçisi Yuri Kuşmirov da iştirak ediblər.

V.Talıbov qonaqlara muxtar respublikanın əhalisi, itəbiəti, iqtdisadiyyatı, elm və təhsili haqqında məlumat verib.

Səfir Naxçıvan MR-a ikigünlük səfərinin tanışlıq xarakteri daşıdığını, şəhərdə fəaliyyət göstərən rus məktəbinin kitabxanası üçün bədii ədəbiyyat gətirdiyini bildirib, Naxçıvanda rus dilinə göstərilən yüksək münasibətin onda xoş təssüratlar yaratdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti