...

İsrail regionda müharibə istəmir, lakin təhlükəsizlik və müdafiə barədə düşünür - İsrailin "Likud" partiyasının rəhbəri

Siyasət Materials 17 Aprel 2008 15:35 (UTC +04:00)
İsrail regionda müharibə istəmir, lakin təhlükəsizlik və müdafiə barədə düşünür - İsrailin "Likud" partiyasının rəhbəri

İsrail, Qüds,17 aprel / Trend , müxbir R.Abdullayev/ İsrail region ölkələrinin heç biri ilə müharibə istəmir və buna can atmır, lakin "biz öz təhlükəsizliyimiz və müdafiə barədə düşünməliyik", - deyə İsrailin "Likud" partiyasının rəhbəri Benyamin Netanyahu çərşənbə günü Qüdsdə keçirilən mətbuat konfransında bildirib.

Qətərin nüfuzlu "Əl-Vətən" qəzeti yazır ki, İsrail və ABŞ ilk növbədə Suriya və İrana qarşı istiqamətlənmiş birgə hərbi aksiyalara hazırlaşır. Qəzetdə həmçinin, bildirilir ki, Suriya və İran da öz növbəsində İsrailə qarşı müharibəyə hazırlaşır.

Netanyahunun sözlərinə görə, "Ayətullah rejimi" tərəfindən dəstəklənən "Hamas" və "Hizbullah" kimi radikal terrorçu təşkilatlar Yaxın Şərq regionunu partlatmağa hazırdırlar. "Radikal hərəkat və onların Tehran himayədarları üçün bu, ərazi uğrunda nə müharibə, nə də mübarizədir, bu, şəhidlik və özünü məhvetmə ideologiyasının qalib gəldiyi radikal, ekstremist islamın müasir dünyaya qarşı müharibəsidir" - İsrailin sabiq Baş naziri əlavə edib.

Netanyahu bildirib ki, bu amil nüvə amili olsa belə, İran tarixdə ilk nüvə dövləti olacaq ki, bu "çəkindirici amil" ona kömək etməyəcək. Onun sözlərinə görə, bir çox müasir ərəb rejimləri radikal islamın genişlənməsindən ehtiyat edir.

Çərşənbə axşamı İsrail Müdafiə Nazirliyindən adının gizli saxlanılmasını istəyən mənbə Trend a verdiyi müsahibəsində bildirib ki, İsrailin yuxarıda adı çəkilən ölkələrə qarşı hərbi əməliyyatlar keçirmək niyyəti yoxdur. Mənbənin bildirdiyinə görə, ötən həftə İsrailin keçirdiyi təlimlər regionda cərəyan edən hadisələrlə əlaqədar olmayıb və təlimlər planlı şəkildə həyata keçirilib. "Biz mülki təlim üzrə irimiqyaslı təlimlər həyata keçiririk və regionda hər hansı bir müharibəyə hazırlıqdan söhbət belə gedə bilməz"- deyə mənbə bildirib.

Digər tərəfdən məlum olub ki, İsrail İranın raket təhlükəsindən qorunmaq məqsədilə Amerikanın BMEWS sisteminə ( raket hücumu haqqında erkən xəbərdarlıq sistemi) qoşulamaq üçün ona imkan verilməsi xahişi ilə müraciət edib, İsrailin DEBKAfile portalı məlumat verir. İsrail özünü İran tərəfdən ehtimal olunan raket təhlükəsindən müdafiə etmək istəyir, həmçinin güman edilir ki, bu təhlükə yaxın gələcəkdə baş verə bilər. İsrail analitiklərinin rəyincə, İranın molla rejiminin hücumu ABŞ, yaxud İsrail tərəfdən hücum olan təqdirdə cavab reaksiyası ola bilər, yaxud onu İsrail, Suriya və ya "Hizbullah"ın iştirakı ilə hər hansı hərbi vəziyyət buna təhrik edə bilər. Raket hücumu haqqında erkən xəbərdarlıq sistemi İran raketləri havaya qaxmazdan öncə, hələ buraxılma mərhələsində olarkən məlumat ötürmək qabiliyyətinə malikdir. Bəzi hərbi analitiklər güman edirlər ki, İsrail Tehranın nüvə proqramının inkişafının qarşısını almaq üçün İranın nüvə obyektlərinə zərbələr endirə bilər, belə ki, həm Qərbdə, həm də İsraildə belə fikir mövcuddur ki, həmin obyektlər nüvə silahının yaradılmasına xidmət edir.

Xəbər lenti

Xəbər lenti