...

Azərbaycan prezidenti Vladimir Putini və Silvio Berluskonini təbrik edib

Siyasət Materials 17 Aprel 2008 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend / Azərbaycan prezidenti Rusiya Federasiyasının prezidenti Vladimir Putini "Yedinaya Rossiya" Partiyasinin sədri seçilməsi, İtaliyanın Azadlıq Xalqı Partiyasının sədri Silvio Berluskonini növbədənkənar parlament seçkilərində qazanmış qələbəsi münasibətilə təbrik edib.

Prezident İlham Əliyev Rusiya prezidentinə ünvanladığı təbrikində Putinin Rusiya cəmiyyətini həqiqətən sıx birləşdirən qüvvə olan partiyanın sədri seçilməsinin Rusiyanın inkişafı naminə bütün siyasi qüvvələrin daha sıx birləşməsinə kömək edəcəyinə əminliyini vurğulayıb.

Prezident Əliyev Berluskoniyə ünvanladığı təbrikində dost ölkələr arasındakı əlaqələrin gündən-günə genişlənməsi, beynəlxalq qurumlar çərçivəsində birgə səylərin bundan sonra da iki xalqın mənafelərinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti