...

Ukrayna Rusiyanın ÜTT-yə daxil olmasının qarşısını ala bilər – ekspertlər

Siyasət Materials 17 Aprel 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel/ , müxbir A.Qasımova, D.Bobesyuk, E.Tariverdiyeva/ Ukrayna NATO-ya daxil olmaqla əlaqədar Moskva ilə fikir ayrılıqlarına cavab olaraq Rusiyanın bu il Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasının qarşısını ala bilər.

"Ukrayna Buxarest sammitindən sonra Rusiya və Qərbə münasibətdə inciklik nümayiş etdirir və istisna deyil ki, NATO-ya daxil olmaq səylərinin qarşısını aldığı üçün qisas almağa cəhd edəcək və Gürcüstanla birlikdə Rusiyanın ÜTT-yə daxil olmasının qarşısını alacaq", - aparıcı alman ekspert Aleksandr Rar hesab edir.

Rusiyanın mənfi reaksiyasına cavab olaraq, NATO-nun aprelin 2-4-də Buxarestdə keçirilən sammiti Gürcüstan və Ukraynanın alyansa üzvlüyə dair Fəaliyyət Planına qoşulmasını təxirə salmaq barədə qərar qəbul edib. Kreml hesab edir ki, alyansın Rusiya sərhədlərinə yaxınlaşması onun təhlükəsizliyinə birbaşa təhdiddir.

Xarici siyasət üzrə Alman Şurasının Rusiya və MDB proqramlarının direktoru Rar Ukraynın Rusiyanın ÜTT-yə daxil olmasının qarşısını almasının nəticələrinin çox dramatik ola biləcəyini hesab edir. "Polşa və Litva Aİ və Rusiya arasında əməkdaşlıq və tərəfdaşlıq üzrə yeni sazişin bağlanmasının qarşısını alır, Ukrayna və Gürcüstan Rusiyanın ÜTT-yə yolunu bağlayır, İsveç isə Estoniya və Polşa ilə birlikdə Baltik dənizində Şimal axının tikintisinin qarşısını alacaq", - cümə axşamı Rar elektron poçtu ilə Trend a bildirib.

Ekspertin sözlərinə görə, bütün bunların nəticəsində "quduzlaşmış Rusiya Avropadan Asiyaya gedəcək". "Əgər yuxarıda adları çəkilən ölkələr buna nail olmaq istəyirlərsə, bu uzaqgörən siyasət deyil, Avropanın yenidən parçalanmasıdır", - Rar əlavə edib.

Rusiyalı politoloq Vladimir Pribılovski Rusiyanın ÜTT-ə daxil olmasının qarşısının alınmasında təəccüblü bir şey görmür. "Ukrayndadan sonra Polşa da daxil olmaqla daha üç ölkə Rusiyanın ÜTT-ə daxil olmasının qarşısını alacaqlar", - "Panorama" İnfromasiya-Tədqiqat Mərkəzinin prezidenti Pribılovski cümə axşamı telefona Trend a bildirib.

Ekspert hesab edir ki, Ukraynanın belə hərəkətləri ölkələr arasında onsuz da çətin münasibətləri daha da pisləşdirir.

Ukraynalı ekspert İqor Burakovski hesab edir ki, Ukrayna Rusiyanın ÜTT-yə qoşulması prosesinə münasibətdə özünü maksimal dərəcədə desiyasiləşmiş aparmalıdır. "Rusiyanın ÜTT-yə daxil olması üzrə İşçi qrupunda iştirak Ukrayna üçün çox vacib olardı. Bu zaman o özünü kifayət qədər desiyasiləşmiş aparmalı və rusiyalı həmkarlarına izah etməlidir ki, siyasət, təhlükəsilik, Qara dəniz donanması və s. bir iş, Rusiya bazarındakı Ukrayna müəssisələrinin iqtisadi maraqları isə başqa işdir", - Ukraynanın İqtisadi Tədqiqatlar və Siyasi Məsləhətlər İnstitutunun direktoru Burakovski cümə axşamı Trend -a bildirib.

Ekspert hesab edir ki, Ukrayna hər şeydən əvvəl Ukrayna mallarının Rusiya ərazisinə ixracına say məhdudiyyətinin qoyulması ilə bağlı məsələləri qaldırmalıdır. "Bu gün bu Ukraynanın metallurgiya sənayesinə aiddir. Bundan əlavə, Azad ticarət haqqında protokoldan bir sıra çıxarışlar var və bu çıxarışları necə ləğv etməyin mümkünlüyü üzərində işləmək lazımdır", - ekspert bildirib.

Burakovskinin rəyinə görə, Ukrayanın özünün ÜTT-ə daxil olması Avropaya qaz nəqli məsələsi üzrə Ukrayna-Rusiya danışıqlarına heç bir şəkildə təsir etməyəcək.

Bununla yanaşı ekspert qeyd edib ki, hazırda yeganə şey haqqında danışmaq olar - bu müstəqil qaz tədarükçülərinin Rusiyanın tranzit sisteminə buraxılması ilə bağlı məsələlərdir.

Burakovski hesab edir ki, bu məsələdə tərəflər razılığa gələ bilərlər. Belə ki, Ukrayna üçün Rusiya təkcə iri qaz tədarükçülərində biri deyil, həm də Mərkəzi Asiyadan gələn mavi yanacağın iri tranzitçilərindən biridir.

Rusiya 90-cı illərin ortalarından ÜTT-yə daxil olmağa çalışır. Ukraynadan əlavə, Polşa və Gürcüstan da Rusiyanın ÜTT-yə daxil olmasının qarşısını alacaqları ilə hədələyirlər.

Xəbər lenti

Xəbər lenti