...

Ermənistandakı vəziyyət səbəbindən AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitənsində görüş təxirə salındı - Alt Komitənin sədri

Siyasət Materials 17 Aprel 2008 22:02 (UTC +04:00)
Ermənistandakı vəziyyət səbəbindən AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitənsində görüş təxirə salındı - Alt Komitənin sədri

Fransa. Strasburq. 17 aprel / Trend , müxbir A.Məhərrəmli / Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə Alt Komitənin sədri Lord Rassel Conston Azərbaycan və Ermənistan nümayəndə heyqətlərinin rəhbərləri ilə görüş keçirib.

Lord Rassel Conston görüşün nəticələrini şərh edərək Trend ə bildirib ki, görüşdə heç bir yeni ideya müzakirə edilməyib. "Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iyuna planlaşdırılan görüşü müzakirə etdik və belə qərara gəldik ki, bu görüşü iki səbəbə görə gələn ilin yanvar sessiyasına qədər təxirə salaq. Birinci səbəb Ermənistandak hal-hazırki vəziyyətlə bağlıdır, çünki bu problem hələ öz həllini tapmayıb və əlverişli şəraitin olmadığı halda iyunda belə bir göruş keçirmək düzgün olmazdı. Alternativ bir fikir kimi ıörüşü oktyabr sessiyasında keçirilməsi təklif olundu, lakin oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcək və bu da ikinci səbəbdir", - Lord Rassel Conston deyir.

Bununla belə hər iki ölkə nümayyəndə heyyətlərinin rahbərləri belə qərara gəldilər ki, bu görüş gələn ilin yanvar ayının axırlarına nəzərdə tutulsun. "Bu da bizə vaxt baxımından imkan verəcək ki, biz həmin tədbirə lazimi hazırlıqlar görək və fikrimcə əsas məsələ odur ki, hər iki lider tarixə dair raziliğa gəldilər. Bundan başqa deyə bilərəm ki, yaxın zamanlarda, daha dəqiq may ayının axırları Ermənistanın yeni seçilmiş prezidenti ilə gorüşüm olacaq" - Lord Rassel Conston dedi.

Regiona səfərinə gəldikdə, Lord Rassel Conston bildirdi ki, Dağlıq Qarabağa səfər etmək niyyəti yoxdur. "2009-cu ilin yanvarnda keçireceyimiz bu tədbirin yalnız Dağlıq Qarabağ münaqişəsi ilə bağlamaq düzgün olmazd və bu heç də əsas məqsəd deyil. Belə ki, bu münaqişənin həlli yollarını axtarmaq bizim komitənin mandatına daxil deyil. Biz əsasən o məqsədlə yaranmışıq ki iki parlament üzvləri arasında əlaqələrin qurulmasında və inkişhaf etdirilməsində yardımçı rolu oynayaq və iki ölkə parlamentarları arasında mövcud obyektiv dialoqun yaranmasına nail olaq", - deyə Lord Rassel Conston bildirdi.

Mu?llifl? ?laq? saxlamaq ucun elektron unvan - [email protected]

Xəbər lenti

Xəbər lenti