...

Avropa Şurasının Insan haqları Komissarının 18-19 may 2008-ci il tarixlərində Bakıya səfəri nəzərdə tutulur

Siyasət Materials 18 Aprel 2008 01:16 (UTC +04:00)
Avropa Şurasının Insan haqları Komissarının 18-19 may 2008-ci il tarixlərində Bakıya səfəri nəzərdə tutulur

Fransa, Strasburq, 18 aprel/ Trend ,  müxbir A.Məhərrəmli/ Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberq (Thomas Hammarberg) Azerbaycan Respublikasının Insan Haqları Ombudsman Aparatının dəvəti ilə 18-19 may 2008-ci il tarixlərində Azərbaycana səfər etməyi planlasdırır.

Bu barədə Hammamrberq Trend ə eksklüziv açıqlamasında məlumat verib. Səfər baş tutacağı halda o, habelə Azərbaycan rəsmiləri ilə görüşəcəyini bildirib və oktaybrda keçiriləcək prezident seçkiləri, söz və mətbuat azadlığı, "siyasi məhbus" hesab edilən şəxslərlə baglı məsələləri müzakirə edəcəyini qeyd edib. O əlavə edib ki, Azərbaycanda insan haqlarının vəziyyətinə dair hazırladığı məruzəni 20 fevral 2008-ci il tarixində AŞ Nazirlər Komitəsinə təqdim edib. Sözügedən hesabatda Azərbaycanda insan haqları sahəsində əldə edilmiş irəliləyişləri qeyd etməklə mövcud olan çatışmamazlıqları və problemləri da vurğulayıb. 

Tomas Hammarberq Azərbaycanda insan haqları sahəsində vəziyyətlə tanış olmaq üçün 3-7 sentyabr 2008-ci il tarixlərində ölkəyə dəyərləndirmə səfəri edib ve 20 fevral 2008-ci il tarixində AŞ Nazirlər Komitəsinə təqdim edib.

Mu?llifl? ?laq? saxlamaq ucun elektron unvan - [email protected]

Xəbər lenti

Xəbər lenti