...

Azərbaycan Milli QHT Forumu prezident seçkisi ilə bağlı fəaliyyət planı hazırlayır

Siyasət Materials 18 Aprel 2008 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / ", müxbir Q.Cəbiyev/ Milli QHT Forumu prezident seçkisi ilə bağlı fəaliyyət planı hazırlayır. Bu barədə cümə günü Trend a qurumun prezidenti, millət vəkili Azay Quliyev məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Milli QHT Forumunda 469 üzv QHT birləşib.

Quliyevin sözlərinə görə, fəaliyyət planında qurumda təmsil olunan QHT-lərin prezident seçkisinin monitorinqini aparması, seçicilərin maarifləndirilməsi, Seçki Məcəlləsinin tələblərinin təbliği məsələləri əksini tapacaq.

Millət vəkili QHT Forumunun ayrı-ayrı üzvlərinin seçkidə "exit-poll" keçirməsini də mümkün sayıb. Onun sözlərinə görə, seçki ilə bağlı Milli QHT Forumunun ayrıca rəyi olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti