...

AŞ PA-nın yeni prezidenti ilə əməkdaşlıq məsələləri müzakirə olunub - Azərbaycanın parlament nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 18 Aprel 2008 16:35 (UTC +04:00)
AŞ PA-nın yeni prezidenti ilə əməkdaşlıq məsələləri müzakirə olunub - Azərbaycanın parlament nümayəndə heyətinin rəhbəri

Fransa, Strasburq,18 aprel / " , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puiq ilə Strasburqda keçirilən görüş zamanı əməkdaşlığın hazırkı vəziyyətinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb. Bu barədə Azərbaycanın AŞ PA-dakı parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

"Cümə axşamı keçirilən görüşdə Puiq Azərbaycana səfər etməyi istisna etmədi və bu istiqamətdə fikir mübadiləsi aparıldı", Seyidov söyləyib.

"Biz istəyirik ki, AŞ PA-nın yeni prezidenti Azərbaycan ilə daha sıx və yaxın əlaqələr qursun və hesab edirəm ki, bu istiqamətdə bütün imkanlarımız var" - deyə Seyidov əlavə edib.

Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür.

Luis Maria de Puiq 2008-ci il yanvarın 21-də AŞ PA-nın prezidenti seçilib.

Xəbər lenti

Xəbər lenti