...

AŞPA Bürosu iyunda Azərbaycan üzrə müzakirələr keçirmək barədə qərar qəbul edib – Azərbaycanın parlament nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 18 Aprel 2008 17:45 (UTC +04:00)

Fransa, Strasburq, 18 aprel/ Trend müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu iyunda yay sessiyasında Azərbaycan üzrə müzakirələr keçirmək barədə qərar qəbul edib. Bu barədə Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cümə günü Trend a məlumat verib.

O, bu qərarın keçirilmiş müzakirələrin yekunları üzrə Büronun bu gün Strasburqda keçirilən iclasında qəbul edildiyini bildirib.

Büro həmçinin Ermənistanda keçirilən prezident seçkiləri zamanı və seçkilərdən sonra insan hüquqlarının pozulması ilə müşayiət olunan vəziyyət haqqında məsələləri nəzərdən keçirib. "Belə rəy səsləndirilib ki, əgər iyun sessiyasınadək ciddi dəyişikliklər baş verməzsə, AŞPA-nın Qətnaməsində qeyd edildiyi kimi, Ermənistan üzrə müzakirələr çox ciddi axarda davam etdiriləcək. O cümlədən, Ermənistan parlament nümayəndə heyətinin mandatının dayandırılması barədə məsələ qaldırılacaq", - Seyidov bildirib.

AŞPA-nın sessiyası ərəfəsində Ermənistadakı vəziyyət üzrə təcili müzakirələr keçirilib. Qeyd edilib ki, müxalifətin İrəvandakı etiraz aksiyasının güc tətbiq etməklə yatırılmasından sonra 10 nəfər həlak olub, üç deputat da daxil olmaqla 100 nəfər həbs edilib. Müxalifətin prezidentliyə əsas namizədi Levon Ter-Petrosyan isə faktiki olaraq ev dustağına çevrilib. Müzakirələrin yekunları üzrə ölkədəki vəziyyətin təcili düzəldilməsini tələb edən Qətnamə qəbul edilib.

Cümə günü Strasburqda AŞPA-nın yaz sessiyası başa çatıb.

Xəbər lenti

Xəbər lenti