...

Azərbaycan və Qazaxıstan hökumətləri qeyri-neft sektorunda əməkdaşlığın inkişafı perspektivlərini nəzərdən keçirəcəklər - səfir

Siyasət Materials 19 Aprel 2008 01:47 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan hökumətləri  qeyri-neft sektorunda əməkdaşlığın inkişafı perspektivlərini nəzərdən keçirəcəklər - səfir

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir S.Ağayeva/ Azərbaycan və Qazaxıstan hökumətləri qeyri-neft sektorunda əməkdaşlığın inkişafı perspektivlərini nəzərdən keçirmək niyyətindədirlər. Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov cümə günü Trend -a açıqlamasında bildirib ki, aprelin 23-də Astanada keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının IV iclasında iqtisadi-ticarət, nəqliyyat və rabitə, aqrosənaye kompleksi və kəndə təsərrüffatı sahəsindəki əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Gündəliyə həmçinin iki ölkə arasında humanitar sahəsindəki əməkdaşlıq məsələləri və hüquqi bazanın vəziyyəti daxil olacaq.

Komissiyanın iclasında iştirak etmək məqsədilə Astanaya iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər edəcək. Babayevin sözügedən komissiyaya Azərbaycan tərəfindən rəhbərlik edir. Qazaxıstan tərəfindən isə komissiyaya bu ölkənin energetika və mineral resurslar naziri Baktıkoja İzmuxambetov başçılıq edir.

Azərbayacanın Nazirlər Kabinetindən verilən xəbərə görə, danışıqlarda müzakirə mövzularından biri borc öhdəlikləri ilə bağlı məsələnin tənzimlənməsi olacaq. Azərbaycan tərəfi iddia edir ki, qarşı tərəfə yalnız $8,5 mln. pul borcludur. Bu borcun büdcə vəsaitləri hesabına ödənilməsi nəzərdə tutulur. Borcun qalan hissəsi isə ($8,4 mln.) təsərrüfat subyektləri hesabına ödəniləcək.

Qazaxıstan tərəfi həmçinin 1991-ci ildən Naxçıvan Muxtar Respublikasında olan vaqonların yarısını (67 vaqon) qaytarmağı xahiş edir. Azərbaycaq hökuməti bunu respublikanın vaqon parkı hesabına etməyə hazırlaşır.

Azərbaycanın və Qazaxıstanın nəqliyyat idarələri həmçinin Aktau-Bakı dəmir yolu-bərə sahəsinin bölgüsünün ikitərəfli yükləmənin təminatı ilə bağlı prinsipial qərarın qəbulunu nəzərdən keçirməyi vacib sayırlar. Qazaxıstan ötən il Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyinə Bakı-Aktau-Bakı dəmir yolu-bərə marşrutunda vaqonların daşınmasının qiymətini azaltmağı təklif edib.

Komissiyanın iclasında həmçinin Qazaxıstanın enerji resurslarının nəqli və Qazaxıstan gəmiçiliyinin Xəzər dənizində, habelə sonradan Batumi yaxud da Potiyədək daşınma prosesindəki iştirakı ətrafında fikir mübadiləsi aparıla bilər. Həmçinin tariflərin müzakirəsi də aktual olaraq qalır. Hazırda Azərbaycan, Gürcüstan və Qazaxıstan tariflərin sinxronizasiyasını müzakirə edirlər. Məqsəd tranzitdən bir tərəfin digərindən daha çox mənfəət ala bilməməsidir.

2008-ci ilin yanvar-fevral aylarında Azərbaycan və Qazaxıstan arasında xarici ticarət dövriyyəsinin ümumi həcmi $68243,8 min təşkil edib. Burada qazax mallarının idxal payına $56908,9 min düşür. Azərbaycanın MDB ölkələri ilə ümumi ticarət dövriyyəsində iki ölkə arasında ixrac-idxal əməliyyatlarının payı 12,7 təşkil edir.

Xəbər lenti

Xəbər lenti