...

Rusiyanın Abxaziya və Cənubi Osetiya probleminə yanaşması regionda vəziyyətin pisləşməsinə gətirə bilər – AŞPA-nın məruzəçisi

Siyasət Materials 19 Aprel 2008 10:28 (UTC +04:00)
Rusiyanın Abxaziya və Cənubi Osetiya probleminə yanaşması regionda vəziyyətin pisləşməsinə gətirə bilər – AŞPA-nın məruzəçisi

Azərbaycan, Bakı, 18 aprel/ Trend müxbir K.Ramazanova/ Rusiyanın Abxaziya və Cənubi Osetiya probleminə yanaşması regionda vəziyyətin pisləşməsinə gətirə bilər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə məruzəçisi Matias Yorş belə hesab edir.

Rusiya prezidenti Vladimir Putin cümə axşamı hökumətə Abxaziya və Cənubi Osetiyaya "predmet" dəstəyi göstərməyi tapşırıb. Bundan əlavə, Rusiya Federasiyası XİN-in yaydığı məlumatında deyilir ki, "Abxaziya və Cənubi Osetiyada yaşayan Rusiya vətəndaşlarının hüquqlarının, azadlıqlarının və qanuni maraqlarının hərtərəfli müdafiəsi mexanizmləri yaradılmalıdır".

"Belə hərəkətlər Gürcüstanın parçalanmasına yönəlib və Cənubi Qafqaz ölkəsinin daxili işlərinə qarışmaqdır", - AŞPA-nın məruzəçisi telefonla Strasburqdan Trend -a məlumat verib.

Yorş hesab edir ki, Çeçenistan Rusiyanın tərkibinə daxil olduğu kimi Abxaziya və Cənubi Osetiyada Gürcüstanın tərkibinə daxildir və buna görə də, Rusiyanın belə siyasəti düzgün deyil.

Gürcüstan XİN Rusiyanın hərəkətlərini Gürcüstan regionlarının ilhaqına cəhd adlandırıb.

NATO Baş katibi Yap de Hoof Sxeffer Rusiya XİN-in Abxaziya və Cənubi Osetiya üzrə bəyanatlarından narahatlıq ifadə edib. O, Alyans üzrə müttəfiqlərin Buxarest sammitində Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladıb. Eyni zamanda, tanınmamış respublikalarla rəsmi əlaqələr qurmaq niyyətində olan Rusiyanın addımları bu ölkənin suverenliyini pozur. NATO Baş katibi Moskvanı belə addımlardan çəkinməyə çağırıb.

Rəsmi ABŞ Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin lehinə çıxış edir və hazırda Rusiyanın Abxaziya və Cənubi Osetiyaya münasibətdə yeni hərəkətlərinin mahiyyətini aydınlaşdırmağa çalışır. Avropa İttifaqı artıq Gürcüstan tərəfini dəstəklədiyini bildirib və onun ərazi bütövlüyünə sadiqliyini bəyan edib.

SSRİ-nin dağılmasından sonra Gürcüstan SSR-in tərkibində olan Abxaziya və Cənubi Osetiya öz müstəqilliklərini bəyan ediblər. O zamandan, öz müstəqilliklərinin tanınmasına çalışırlar. Lakin, Gürcüstan bu əraziləri öz tərkib hissəsi hesab edərək, onlara geniş muxtariyyət təklif edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti