...

Azərbaycanın müxalifət partiyasının 106 üzvü Lənkəranda prezident seçkisini müşahidə edəcək

Siyasət Materials 19 Aprel 2008 11:15 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 19 aprel / Trend ", müxbir P.Əliyeva/ Müsavat Partiyasının Lənkəran şəhər təşkilatının 106 üzvü prezident seçkisində müşahidəçi qismində iştirak etmək niyyətindədir. Bu barədə şənbə günü "Tren News"a təşkilatin sədri Yadigar Sadıqov məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Müxalif Müsavat Partiyasının martda keçirilən Məclisində partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb.

Sadıqovun sözlərinə görə, iştirakçıların sayı partiyada təsdiq edildikdən sonra seçki komissiyasına təqdim olunacaq.

Lənkəranda 4 Dairə Seçki Komissiyası və 152 Məntəqə Seçki Komissiyası mövcuddur.

Müsavat Partiyasının Lənkəran şəhər təşkilatının 900-dən artıq üzvü var. Onların 70-i qadındır.

Sadıqov mayın 4-də Müsavat Partiyasının Bakı şəhərində nəzərdə tutduğu mitinqə qoşulacaqlarını da bildirib.

Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti