...

Azərbaycanın Yaşıllar Partiyası prezidentliyə namizədini müəyyən edib

Siyasət Materials 19 Aprel 2008 17:30 (UTC +04:00)
Azərbaycanın Yaşıllar Partiyası prezidentliyə namizədini müəyyən edib

Azərbaycan, Bakı, 19 aprel / Trend müxbir C.Babayeva/ Azərbaycanın Yaşıllar Partiyasının Ali Məclisinin şənbə günü keçirilən iclasında partiyanın prezident seçkilərinə öz namizədi ilə qatılması barədə qərar qəbul olunub. Bu barədə şənbə günü Trend -a partiyanın həmsədri Təranə Məmmədova məlumat verib.

Məmmədovanın sözlərinə görə, Ali Məclisin qərarına əsasən Partyanın sədri Mais Güləliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Azərbaycanın Yaşıllar Partiyası 2007-ci ildə yaradılıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Müxalifət düşərgəsindən Müsavat Partiyasının sədri İsa Qəmbər, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi irəli sürülüb.

Hakim Yeni Azərbaycan Partiyası seçkidə partiyanın sədri, prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti