...

Azərbaycan prezidenti Beyləqan və Füzuli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Siyasət Materials 21 Aprel 2008 23:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend / Azərbaycan prezidenti İlham Əliyev Beyləqan və Füzuli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycanın 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Beyləqan və Füzuli rayon icra hakimiyyətlərinin hər birinə 2,0 milyon (iki milyon) manat məbləğində vəsait ayırıb və Maliyyə nazirliyinə vəsaitin ödənilməsini tapşırıb.

Xəbər lenti

Xəbər lenti