...

Azərbaycan Əfqanıstandakı antiterror qüvvələri üçün yüklərin daşınmasında quru yollarından istifadəyə razılıq verəcək

Siyasət Materials 22 Aprel 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan özünün avtomobil və dəmir yolları vasitəsi ilə Əfqanıstandakı antiterror qüvvələri üçün yüklərin daşınmasına dair NATO-nun təklifinə müsbət cavab verəcək. "Çünki bunun həm iqtisadi xeyri var, həm də Azərbaycan antiterror koalisiyasının fəal üzvüdür", -deyə çərşənbə axşamı Trend -a açıqlamasında parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının və Azərbaycanın NATO-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib.

NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simons bildirib ki, təşkilat Əfqanıstana yüklərin daşınmasında Azərbaycanın avtomobil və dəmir yollarından istifadə etmək istəyir və bununla bağlı rəsmi Bakıya təklif verib. Əfqanıstanda aparılan antiterror koalisiyasına NATO rəhbərlik edir.

Millət vəkili qeyd edib ki, Əfqanıstandakı antiterror qoşunlarının təchizatı və dəyişməsində Azərbaycanın hava məkanından istifadə olunur: "Hesab edirəm ki, Azərbaycan avtomobil və dəmiryolundan istifadə olunmasına dair NATO-nun təklifinə etiraz etməyəcək. Azərbaycan bununla beynəlxalq terrorçuluğa qarşı mübarizəyə növbəti tövhəsini verəcək".

Azərbaycanın 45 hərbçisi Əfqanıstandakı antiterror əməliyyatlarında iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti