...

Azərbaycan və Çexiya siyasi əməkdaşlıq perspektivlərini nəzərdən keçirəcəklər – səfir

Siyasət Materials 22 Aprel 2008 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və Çexiya siyasi əməkdaşlıq perspektivlərini nəzərdən keçirəcəklər. İki ölkə arasında xarici işlər nazirlikləriarası keçirilən məsləhətləşmələr mayın sonunda Praqada keçiriləcək. Bu barədə Trend -a çərşənbə axşamı Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə telefonla Praqadan məlumat verib.

İkitərəfli və çoxtərəfli formatlarda siyasi əməkdaşlıq perspektivlərini nəzərdən keçirmək planlaşdırılır. Səfir bildirib ki, Azərbaycan və Çexiya iyunadək "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat- GUAM"a və "Vışeqrad dördülüyü"ə sədrlik edən iki ölkə kimi iki strukturun əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdırlar.

O, qeyd edib ki, Vışeqrad qrupu zəngin beynəlxalq təcrübəyə malikdir və GUAM bu təşkilatla əməkdaşlığın inkişafında maraqlıdır. Digər tərəfdən, Litva prezidentinin təşəbbüsü ilə Avropa İttifaqında GUAM dostları qrupu yaradılır və Çexiya GUAM çərçivəsində əməkdaşlığa böyük maraq göstərir.

Məsləhətləşmələr Azərbaycan və Çexiyanın xarici işlər nazirlərinin müavinləri Araz Əzimov və Tomas Pojarın səviyyəsində aparılacaq.

Vışeqrad qrupu 1991-ci ilin fevralında, Avropa və Avroatlantik strukturlara inteqrasiya zamanı ona daxil olan üç dövlətin - Macarıstan, Polşa və Çexoslovakiyanın qarşılıqlı yardımı məqsədilə yaradılıb. Çexoslovakiyanın parçalanmasından sonra Vışeqrad üçlüyü dördlüyə çevrilib.

GUAM-ı formatı 1997-cu ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti