...

Azərbaycanın müxalifət partiyaları xaricdə olan liderlərin prezident seçkisində iştirakına ümid etmirlər

Siyasət Materials 23 Aprel 2008 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın eks-spikeri Rəsul Quliyevin və eks-prezidenti Ayaz Mütəllibovun lideri olduqları partiya sədrləri onların bu il keçiriləcək prezident seçkisində iştirakını real görmürlər. Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazovun çərşənbə günü Trend -a verdiyi məlumata görə, hakimiyyət eks-spikerin ölkəyə qayıtmasına və seçkidə iştirakına şərait yaratmalıdır. Ancaq hələlik hakimiyyət tərəfindən belə bir addımın atılacağı hiss olunmur.

Mütəllibovun həmsədri olduğu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) digər həmsədri Araz Əlizadə isə çərşənbə günü Trend -a deyib ki, seçki ilinin artıq 4 ayının arxada qalmasına baxmayaraq, onların hakimiyyətə müraciətlərinə hər hansı cavab verilməyib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə bildirib ki, müəyyən cinayətlərə görə ittiham olunan şəxslər birinci növbədə həmin ittihamlara cavab verməlidirlər və məhkəmə qarşısında mühakimə olunmalıdırlar. Vətəndaşların seçkidə iştirakı isə qanunla tənzimlənir. Qanunun imkan verdiyi şəxslər seçkidə iştirak edə bilərlər və bunun üçün xüsusi icazəyə ehtiyac yoxdur" Qurbanlı əlavə edib.

Mütəllibov 1992-ci ildən Rusiyada, Quliyev isə 1996-cı ildən ABŞ-da mühacir həyatı yaşayır. Onlar korrupsiya və dövləti cinayətlərdə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti