...

Azərbaycanın XİN rəhbəri Latviyanın səlahiyyətli şəxslərilə ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə edəcək

Siyasət Materials 23 Aprel 2008 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Riqaya ikigünlük səfər edir. Səfər zamanı nazir ikitərəfli münasibətlər və dövlətlər arasında əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək.

Baltikyanı respublika XİN -in mətbuat xidmətindən verilən məlumata görə, bu gün Məmmədyarov səfər çərçivəsində Latviyanın Baş naziri İvars Qodmanislə görüşəcək. Nazirin onunla ölkələr arasında iqtisadi əməkdaşlıq və beynəlxalq siyasətin aktual məsələləri barədə müzakirələr aparması planlaşdırılır.

Azərbaycan XİN-in başçısı aprelin 24-də öz latviyalı həmkarı Maris Riekstinşlə ikitərəfli münasibətlər və müxtəlif sahələrdə, o cümlədən iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri və əməkdaşlığın hüquq-müqavilə bazasının genişləndirilməsi imkanları haqqında müzakirələr aparmaq niyyətindədir.

Bundan əlavə, səfər çərçivəsində Məmmədyarov Latviya Seyminin (parlament) spikeri Qundar Daudze və xarici işlər üzrə Parlament Komissiyasının sədri Andris Berzinş ilə görüşəcək. Azərbaycan XİN rəhbəri həmçinin, Latviyanın İşğalı Muzeyinə baş çəkəcək və ölkənin əsas abidəsi olan Azadlıq Heykəli önünə çiçəklər qoyacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti