...

İqtisadi əlaqələrin intensivləşdirilməsi məsələsi Azərbaycan və Moldova prezidentlərinin Bakıda keçirilən görüşündə əsas müzakirə mövzusu olub

Siyasət Materials 23 Aprel 2008 18:08 (UTC +04:00)
İqtisadi əlaqələrin intensivləşdirilməsi məsələsi Azərbaycan və Moldova prezidentlərinin Bakıda keçirilən görüşündə əsas müzakirə mövzusu olub

Azərbaycan, Bakı, 23 aprel/ Trend , müxbir A.İsmayılova/ İqtisadi əlaqələrin intensivləşdirilməsi məsələsi Azərbaycan və Moldova prezidentlərinin Bakıda keçirilən görüşündə əsas müzakirə mövzusu olub.

"Energetika əməkdaşlığı, investisiya layihələri, həmçinin humanitar sahədə əlaqələr bugünkü görüşdə əsas müzakirə mövzusu olub", - Azərbaycan prezidenti İlham Əliyev Moldova prezidenti Vladimir Voroninlə danışıqlardan sonra bildirib.

O, həmçinin siyasi dialoqun, ikitərəfli və regional əməkdaşlığın canlandırılması məsələlərinin müzakirə edildiyini də qeyd edib.

Dövlət başçıları Azərbaycan və Moldova ərazilərində mövcud olan dondurulmuş münaqişələr probleminə də toxunublar.

"Münaqişələrin nizamlanması regional əməkdaşlığa təkan verəcək və potensial separatçılıq ocaqlarını aradan qaldırmağa imkan yaradacaq", - Azərbaycan prezidenti bildirib.

Prezident Əliyev BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın təşəbbüsünün dəstəklənməsinə görə Moldovaya minnətdarlığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti