...

YUNESKO-nun Xoşməramlı səfirləri gələcək planları müzakirə etmək məqsədi ilə Parisdə toplaşacaqlar

Siyasət Materials 23 Aprel 2008 18:49 (UTC +04:00)
YUNESKO-nun Xoşməramlı səfirləri gələcək planları müzakirə etmək məqsədi ilə Parisdə toplaşacaqlar

Azərbaycan, Bakı, 23 aprel / " müxbir S. Ağayeva/ Gələcək planları müzakirə etmək üçün YUNESKO-nun Xoşməramlı səfirləri mayın 20-21-də Parisdə toplaşacaqlar.

YUNESKO səfirlərinin növbəti illik iclasında Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak edəcək. Bu barədə Trend a çərşənbə günü Parisdən telefonla Azərbaycanın təşkilatdakı daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Hüseynova bildirib.

İclas çərçivəsində mədəni proqram planlaşdırılıb. Səfirin məlumatına görə, Parisdə Azərbaycan mədəniyyətini uşaq simfonik orkestri təmsil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan

Xəbər lenti

Xəbər lenti