...

Moldova Azərbaycanla bir çox perspektivli layihələrdə iştirak etmək istəyir – prezident Voronin

Siyasət Materials 23 Aprel 2008 20:01 (UTC +04:00)
Moldova Azərbaycanla bir çox perspektivli layihələrdə iştirak etmək istəyir – prezident Voronin

Azərbaycan, Bakı, 23 aprel/ Trend , müxbir A.İsmayılova/ Moldova Azərbaycanla bir çox perspektivli layihələrdə iştirak etmək istəyir. Bu barədə çərşənbə günü Bakıda, Moldova prezidenti Vladimir Voronin Azərbaycan prezidenti İlham Əliyevlə rəsmi danışıqlardan sonra bildirib.

O, Azərbaycan prezidenti ilə görüşdə yaxın vaxtlara planlaşdırılan Kişinyov-Bakı aviaəlaqəsinin açılması məsələsinin də nəzərdən keçirildiyini qeyd edib.

Prezident Voronin qeyd edib ki, ay yarımdan gec olmayaraq iki ölkənin iqtisadi inteqrasiyasını müzakirə etmək üçün Azərbaycan və Moldova hökumətlərarası komissiyanın görüşü baş tutacaq. Prezident əlavə edib ki, Moldova sosial və iqtisadi inkişaf məsələlərində müəyyən çətinliklər yaşayır və bu məsələdə Azərbaycanın dəstəyinə ümid edir.

"Biz ümid edirik ki, Azərbaycanın dəstəyi ilə bu problemləri aradan qaldıracağıq", - prezident Voronin bildirib.

Xəbər lenti

Xəbər lenti