...

Azərbaycan Parlamenti Toponomiya Komissiyasının fəaliyyətinə dəyişiklik edəcək

Siyasət Materials 25 Aprel 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda yer adlarının dəyişdirilməsi ilə məşğul olan Milli Məclis yanında Toponomiya Komissiyasının əsasnaməsi dəyişdiriləcək: "Toponomiya Komissiyasının hazırda qüvvədə olan əsasnaməsi Azərbaycanın bir sıra qanunları ilə ziddiyət təşkil edir", deyə Azərbaycan Parlamentinin Regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında komissiyanın sədri Arif Rəhimzadə bildirib.

Toponomiya Komissiyasının əsasnaməsi 2000-ci il aprelin 8-də Milli Məclisdə qəbul olunub. Rəhimzadə vurğulayıb ki, Toponomiya Komissiyasının əsasnaməsi qəbul edildikdən sonra yeni qanunlar qəbul edilib. Həmin qanunların müddəaları Toponomiya Komissiyasının əsasnaməsinə uyğun gəlmir.

Yeni əsasnaməyə əsasən, Toponomiya Komissiyası Azərbaycanda yer adlarını dəyişən zaman yeni adların Azərbaycan dilinin normalarına uyğun olmasını təmin etməlidir. Əvvəllər isə yer adları dəyişdirilən zaman həmin yerin tarixi adına üstünlük verilib.

Yeni əsasnaməyə əsasən, Toponomiya Komissiyasının tərkibini Milli Məclis təsdiq etməlidir. Komissiya yeni əsasnaməyə müsbət rəy verib və məsələni Milli Məclisdə müzakirəyə çıxarılmasını tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti