...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Siyasət Materials 25 Aprel 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin aprelin 24-də qiyməti 1 barel üçün 117,3 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə 1 barrel üçün 0,6 dollar azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın aprelin 24-də qiyməti 1 barel üçün 115,2 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,52 dollar azdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Aprelin 24-də URALS neftinin qiyməti 1 barel üçün 108,4 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,48 dollar azdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin aprelin 24-də qiyməti 1 barel üçün 114,82 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,54 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti