...

Azərbaycan prezidenti Nobel Xeyriyyə Fondunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 25 Aprel 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 25-də Prezident sarayında Nobel Xeyriyyə Fondunun prezidenti Maykl Nobelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Əliyev Nobel ailəsinin xatirəsinin Azərbaycanda bu gün də qorunub saxlandığını vurğulayıb. Ölkə başçısı Nobel Xeyriyyə Fondunun nümayəndə heyətinin səfərinin uğurlu olacağına və əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Bakıda Nobel qardaşlarının yaşayıb yaratdıqları binanın - Villa Petroleanın yenidən qurulmasında göstərdiyi dəstəyə görə bütün Nobel ailəsi adından prezident Əliyevə təşəkkürünü bildirən Nobel, Villa Petroleanın açılışının İsveçlə Azərbaycan arasında mövcud olan müsbət münasibətləri daha da möhkəmləndirəcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti