...

Amerikalılar özlərini vasitəçi kimi aparmırlar – britaniyalı ekspert

Siyasət Materials 26 Aprel 2008 15:05 (UTC +04:00)

Böyük Britaniya, London, 26 aprel / Trend , müxbir G.Əhmədova / Fələstin Milli Administrasiyası liderinin ABŞ-a səfərinə və prezident Buş ilə aparılan danışıqlara, Vaşinqtonun Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə fəal vəsitəçi fəaliyyətinə cəlb edilməsi cəhdi kimi baxmaq olar.

Abbas və Buşun görüşü Fələstin liderinin amerikalıları danışıqlara cəlb etmək, İsrail və Muxtariyyət arasında vasitəçilik etmələri və münasibətlərin yaxşılaşdırılmasında iştirak etmələri üçün onlara təzyiq göstərmək istiqamətində atdığı çarəsiz addımıdır" - deyə britaniyalı ekspert Minakim Klein (Menachem Klein) hesab edir.

Fələstin lideri Mahmud Abbasın Vaşinqtona iki günlük səfəri aprelin 25-də başa çatacaq. Abbas Buş ilə danışıqlarda iraliləyişin olacağına ümid etmədiyini bildirib. "Associated Press"in cümə günü verdiyi xəbərdə bildirilir ki, Abbasın sözlərinə görə, bu, Yaxın Şərq məsələsi üzrə ABŞ prezidenti ilə danışıqlarda onun hər hansı bir irəliləyişin əldə olunmaması ilə əlaqədardır.

"Amerikalılar özlərini vasitəçi kimi aparmırlar. Onlar çox güman ki, danışıqlarda sadəcə olaraq maraqlı olduqlarını nümayiş etdirir və bəzən İsrail siyasətini dəstəkləyirlər", - deyə yəhudi mənşəli britaniyalı ekspert Klein cümə günü Trend a bildirib. Onun sözlərinə görə, İsrail ilə Fələstin arasında aparılan danışıqlar üzrə ciddi fikir ayrılığı var. "Fələstin çərçivə sülh müqaviləsi istəyir, İsrail və Amerika isə kənarda qalan və yerinə yetirilməsi o qədər mühüm olmayan qeyri-aktual prinsipial bəyannamə istmir", - deyə Klein bildirib.

Ekspertin rəyinə görə, İsrail və ABŞ üçün yalnız bir neçə il bundan öncə təşəbbüs göstərilən və yerinə yetirilməyən "Yol xəritəsi" layihəsi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ABŞ Dövlət katibi Kondoliza Raysın regiona son səfəri ciddi fikir ayrılıqları ilə başa çatdı və danışıqlar üzrə vəziyyət "dəyişmədi, bəlkə də, daha da pisləşdi".

Klein İsrailin baş naziri Exud Olmert və Abbas arasında, həmçinin XİN rəhbərləri səviyyəsində aparılan danışıqlara bədbinliklə yanaşır. "Mən İsrail və Fələstin liderləri arasında aparılan hazırkı danışıqların danışıq adlandırılmasına şübhə ilə yanaşıram. Bir sıra məsələlər və birgə sənədlər üzərində işləyən iki komanda əvəzinə, hər iki tərəfdən konkret sənədləri olmayan iki üzvdən ibarət iki kiçik qrup mövcuddur. Lakin tərəflər danışıqlara başladığı zaman, onlar təkcə beynəlxalq hüquqa görə deyil, həm də bu məsələnin müqaviləsiz həll edilə bilməyəcəyi səbəbindən Qüdsün statusuna dair məsələni danışıqların gündəliyinə daxil etməlidirlər", - deyə Klein bildirib.

Ekspert bildirib ki, Qüdsdə çoxsalı yerləşdirmə aparmaqla İsrail fələstinlilərə geri qaytaracağı əraziləri kiçiltməyə səy göstərir. "2000-ci il danışıqlarında iştirak edən İsrail diplomatlarının əsaslandığı konsepsiya Fələstin Qüdsünün yəhudi Qüdsündən daha kiçik və daha zəif olacağını nəzərdə tuturdu. İsrail bunu var gücü ilə tərəflər arasındakı hazırkı güc balansını kənarlaşdıraraq bu konsepsiyanın lazımi şəkilədə tətbiq etməyə çalışır. Əgər hazırkı vəziyyət diqtə edərsə düşürəm ki, İsrail danışıqların nəticələrini qabaqlamaq üçün yerləşdirmə siyasətini davam etdirəcək . İstənilən halda, İsrailin yerləşdirmə siyasətinin genişləndirilməsi problemlərin həllinə xidmət etməyəcək", - deyə ekspert bildirib.

Bu ay Corc Buş Fələstin Milli Administrasiyasının sədri, İsrailin baş naziri Exud Olmert, həmçinin Misir və İordaniya nümayəndələri ilə may ayında danışıqlar aparmaq niyyətində olduğunu bildirib. Danışıqların dəqiq tarixi məlum deyil, lakin onların mayın 17-si və ya 18-ə planlaşdırıldığı güman olunur. Danışıqların Misirin kurort şəhəri Şarm-əl-Şeyxdə aparılacağı və 2007-ci ilin noyabr ayında ABŞ-ın Annapolis şəhərində baş tutan Yaxın Şərq üzrə konfransın davamı olacağı gözlənilir.

Ötən ilin noyabr ayında Annapolis şəhərində Yaxın Şərq üzrə münaqişənin sülh yolu ilə nizamlanmasına dair beynəlxalq konfras keçirilib. Konfransın yekunlarına görə, İsrail və Fələstin 2008-ci ilin sonuna qədər sülh müqaviləsinin hazırlanmasına dair razılığa gəliblər. İsrail və Fələstin tərəfi "istisnasız əsas məsələlər üzrə" danıqışlara başlamağa imkan verən birgə sənəd üzrə müqaviləyə nail olublar. İsrail və Fələstin arasında sülh danışıqları 2008-ci ilin sonuna qədər başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti