...

Azərbaycan ÜTT-yə daxil olmaq üçün çoxtərəfli danışıqların növbəti raunduna hazırlaşır

Siyasət Materials 26 Aprel 2008 15:08 (UTC +04:00)
Azərbaycan ÜTT-yə daxil olmaq üçün çoxtərəfli danışıqların növbəti raunduna hazırlaşır

Azərbaycan, Bakı, 26 aprel / " müxbir S.Ağayeva/ İkiillik fasilədən sonra Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün çoxtərəfli danışıqların növbəti raundunu keçirəcək.

Azərbaycan hökumətinin işçi qrupu ilə çoxtərəfli danışıqlar mayın 6-da Cenevrə şəhərində keçiriləcək. Bu barədə şənbə günü Trend a Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov məlumat verib.

Görüş bir neçə dəfə təxirə salınıb. İldən ilə ÜTT-ə namizəd-ölkələri üçün tələblər daha da kəskinləşir. Ona görə hökumət ölkə maraqlarını nəzərə alaraq bu prosesi maksimal dərəcədə sürətləndirmək niyyətindədir. Azərbaycan ÜTT-yə inkişaf etmiş ölkə statusu ilə daxil olmaq istəyir, bu da aqrar bölmə üçün 10 faizə qədər subsidiya əldə etməyə imkan verəcək.

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi danışıqlar qrupu bu həftə Cenevrədə, ticarət və inkişaf məsələləri üzrə BMT konfransı çərçivəsində məsləhətləşmələr aparacaq. Azərbaycan ilə ÜTT-ə üzv ölkələrin ikitərfəli danışıqları baş tutub - bu Hindistan, Şri-Lanka, Koreya, Norveçdir. Səfir, bu ölkələrin müxtəlif sahələrda qaldırdığı ticarət rejiminə aid sualların olduğunu bildirib.

"Azərbaycan Cenevrədə bəzi ölkələrlə bir sıra ikitərəfli protokollar imzalayacaq, Onlarla danışıqlar artıq başa çatdırılır. Bu Sudan, Hindistan, BƏƏ-dir" - deyə o, bildirib.

Hazırda ölkə ABŞ, Avropa İttifaqı, Cənubi Koreya, Yaponiya və Çinin Tayvan əyaləti ilə danışıqlar mərhələsindədir.

Azərbaycan artıq Türkiyə, Gürcüstan, Oman, Moldova və BƏƏ ilə danışıqları başa çatdırsa da, yekun protokolu yalnız Türkiyə ilə imzalanıb.

ÜTT üzv-ölkələrinin əsas tələbi müxtəlif bazarların liberallaşdırılmasıdır. Lakin Azərbaycan iqtisadiyyatın 8-10 sahəsi üzrə o cümlədən, bank, sığorta bazarı, telekommunikasiya bazarı, energetika sahələri üzrə yerli bazar üçün müdafiə elementlərinin qorunmasına cəhd göstərir.

Azərbaycan prezidentinin 2006-cı il avqustun 2-də verdiyi sərəncama əsasən milli qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırmaq nəzərdə tutulub. Bu sənədə əsasən müvafiq strukturlara 16-sı qanun layihəsi olmaqla 40 qanunverici akt hazırlanması tapşırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti