...

İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav icmasını təbrik edib

Siyasət Materials 26 Aprel 2008 21:50 (UTC +04:00)


Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanin pravoslav icmasını təbrik edib.

"Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm. Yüz illərdir ölkəmizdə təşəkkül tapmış davamlı tolerantlıq mühiti ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətləri şəraitində dinc yanaşı yaşaması, etnik-mədəni müxtəlifliyin günümüzəcən qorunub saxlanması Azərbaycan cəmiyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyətimizdir. Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları ölkədə mövcud olan vicdan və dini etiqad azadlığından, mütərəqqi dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanmaqdadır. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, respublikamızın çoxsaylı pravoslav xristian icması da öz milli-mənəvi dəyərlərinə sahib olmaqla, ölkəmizdə gedən böyük quruculuq işlərində yaxından iştirak edir və öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət rəmzi kimi hər il Azərbaycanda geniş qeyd edilir" - ldeyə təbrik məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti