...

Bakıda Azərbaycan-Dağıstan münasibətlərinin perspektivləri müzakirə olunacaq

Siyasət Materials 28 Aprel 2008 11:35 (UTC +04:00)
Bakıda Azərbaycan-Dağıstan münasibətlərinin perspektivləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 28 aprel / " , müxbir S.Ağayeva/ Bakıda Azərbaycan ilə Dağıstan arasında iqtisadi və humanitar münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq. Müzakirələr Dağıstan prezidenti Muxu Əliyevin mayın birinci yarısında Azərbaycana nəzərdə tutulan rəsmi səfəri çərçivəsində aparılacaq. Bu barədə bazar ertəsi Trend a Dağıstanın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycan və Rusiya Federasiyasının subyekti arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Dağıstan rəhbərinin Azərbaycan prezidenti, Baş nazir və Parlament spikeri ilə görüşləri planlaşdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti