...

MDB dövlət başçıları Sankt-Peterburqda qeyri-rəsmi görüş keçirəcəklər

Siyasət Materials 28 Aprel 2008 12:27 (UTC +04:00)
MDB dövlət başçıları Sankt-Peterburqda qeyri-rəsmi görüş keçirəcəklər

Azərbaycan, Bakı, 28 aprel / " , müxbir S.Ağayeva/ MDB dövlət başçıları iyunun 6-da Sankt-Peterburqda qeyri-rəsmi görüş keçirəcəklər. Prezidentlərin görüşü XII Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində keçiriləcək. Bu barədə bazar ertəsi Trend a MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib.

Vladimir Putin əvvəllər MDB dövlət başçılarını cari ilin 6-8 iyununda Sankt-Peterburqda keçiriləcək XII Peterburq beynəlxalq iqtisadi forumunda iştirak etməyə dəvət edib.

Putin eyni zamanda MDB dövlət başçılarına forumun işində iştirak çərçivəsində qeyri-rəsmi görüş keçirməyi təklif edib. Görüş zamanı 2008-ci il fevralın 22-də Moskvada başlanan MDB-nin iqtisadi inkişaf strategiyasının formalaşdırılması, humanitar problemlər, Müstəqil Dövlətlər Birliyinin əsas inkişaf istiqamətləri üzrə fikir mübadiləsinin davam etdirilməsi, həmçinin ümumi maraq kəsb edən məsələlər, o cümlədən 2008-ci il sentyabrın 26-da Bişkekdə keçiriləcək MDB dövlət başçıları Şurasının növbəti iclasına hazırlıq planının müzakirə edilməsi nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti