...

Azərbaycanda qarşıdan gələn seçkilər ölkənin demokratik dəyərlərə nə dərəcədə bağlı olduğunu göstərəcək – AŞ Nazirlər Komitəsinin sədri (video)

Siyasət Materials 28 Aprel 2008 13:54 (UTC +04:00)
Azərbaycanda qarşıdan gələn seçkilər ölkənin demokratik dəyərlərə nə dərəcədə bağlı olduğunu göstərəcək – AŞ Nazirlər Komitəsinin sədri (video)

Azərbaycan, Bakı, 28 aprel / " , müxbir S.Ağayeva/ Azərbaycanda qarşıdan gələn seçkilər ölkənin demokratik dəyərlərə nə dərəcədə bağlı olduğunu göstərəcək. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri, Slovakiyanın XİN başçısı Yan Kubiç bildirib.

Kubiç bu gün Bakıda Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla KİV ilə bağlı vəziyyət və demokratiya məsələlərini müzakirə edib.

"Avropa Şurası ölkədə demokratiyanın gələcək inkişafı üçün Azərbaycana kömək etməyə hazırdır", - deyə Kubiç vurğulayıb.

Tərəflər həmçinin Ermənistan-Azərbaycan münaqişəsini də müzakirə ediblər. "Bizim mövqeyimiz münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmasından ibarətdir", - deyə Kubiç əlavə edib.

İki ölkə XİN başçılarının görüşündə həmçinin energetika, nəqliyyat, qarşılıqlı sərmayə, parlament münasibətləri və müqavilə-hüquq bazasının genişləndirilməsi kimi sahələrdə ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti