...

Azərbaycan prezidenti Slovakiyanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 28 Aprel 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də Prezident sarayında Slovakiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubişın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Əliyev Kubişın Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və Avropa strukturlarına inteqrasiyası kimi məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından əhəmiyyətini vurğulayıb.

Kubiş Azərbaycanla Slovakiya arasında münasibətlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti