...

Azərbaycan və Slovakiya fəxri konsulluqlarını açacaq

Siyasət Materials 28 Aprel 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / " müxbir S.Ağayeva/ Azərbaycan və Slovakiya Bakıda və Bratislavada fəxri konsulluqlarını açacaq. İki ölkənin XİN başçıları Elmar Məmmədyarov və Yan Kubiş bu barədə razılaşmanı slovakiyalı nazirin Azərbaycana rəsmi səfəri çərçivəsində aparılan danışıqlar zamanı əldə ediblər.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Slovakiya arasında birbaşa aviareyslərin açılması və iki ölkənin iş adamlarının biznes-forumunun keçirilməsi barədə razılığa gəliblər.

Nazirlər ikitərəfli, o cümlədən energetika sahəsində əlaqələrin inkişafı üçün səylərin fəallaşdırılmasının mühümlüyünü qeyd ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti