...

Azərbaycan hökuməti müxalifətin mitinqlərinə əngəl törətməyəcəyini bildirir

Siyasət Materials 29 Aprel 2008 14:25 (UTC +04:00)
Azərbaycan hökuməti müxalifətin mitinqlərinə əngəl törətməyəcəyini bildirir

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri hesab edir ki, ölkə müxalifətinin keçirmək istədiyi mitinqlərin məqsədi məlum deyil. "Müxalifətin nə məqsədlə mitinq keçirdiyinin mahiyyətini başa düşmək olmur. Məlum deyil ki, müxalifət nəyə görə əhalinin sakit həyat yaşayışına əngəl törədir" deyə çərşənbə axşamı jürnalistlərə açıqlamasında Azrbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib.

Mehdiyev qeyd edib ki, Azərbaycanda mitinq və yürüşlərin qadağa olunmasına dair fikirlər əsassızdır. O vurğulayıb ki, əgər müxalifət mitinq keçirmək istəyirsə, heç kim bunun qarşısını almayacaq. "Belə fikirləri varsa və əgər öz tərəfdarlarınıı yığa bilirlərsə, mitinq keçirsinlər".

Mehdiyev bildirib ki, müxalifətin qarşıdan gələn prezilent seçkilərini boykot etməsi onların daxili işidir.

"Azərbaycanda seçkilər demokratik, şəffaf və açıq şəkildə olacaq. Kim istəyir seçkidə iştirak etsin, kim istəmir etməsin" deyə İcra Aparatının rəhbəri əlavə edib.

O qeyd edib ki, prezident seçkilərinin beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müşahidə edilməsinə şərait yaradılacaq . "Biz heç nəyi gizlətmirik. Bugünkü mühit və ictimai-siyasi vəziyyət onu göstərir ki, Azərbaycanda həqiqətən də çox yaxşı və nümunəvi seçki olacaq".

Xəbər lenti

Xəbər lenti