...

Azərbaycan hakimiyyəti İlham Əliyevin yenidən ölkə prezidenti seçiləcəyinə əmindir (video)

Siyasət Materials 29 Aprel 2008 14:44 (UTC +04:00)
Azərbaycan hakimiyyəti İlham Əliyevin yenidən ölkə prezidenti seçiləcəyinə əmindir (video)

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir S.Ağayeva/ Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir və heç kim onu poza bilməyəcək. Bu barədə jurnalistlərə çərşənbə axşamı Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev məlumat verib.

"Əgər kimsə güc metodları ilə bu sakitliyi pozmağa cürət etsə, bütün xalq ona qarşı çıxmalıdır", - Mehdiyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr var, lakin onlar layiqli müqavimət alacaqlar.

"Azərbaycanda oktyabrın 15-də baş tutacaq prezident seçkiləri demokratik, ədalətli keçəcək və hakimiyyət bunun üçün mümkün olan hər bir şeyi edəcək", - Prezidentin İcra Aparatının rəhbəri bildirib.

Mehdiyev qeyd edib ki, ayrı-ayrı tədbirlərdə xalq artıq hazırkı dövlət başçısının namizədliyini dəstəkləyir və "biz əminik ki, o, yenidən ikinci müddətə prezident seçiləcək".

Xəbər lenti

Xəbər lenti