...

Norveç Azərbaycanı demokratik və ədalətli seçkilər keçirməyə çağırır (video)

Siyasət Materials 29 Aprel 2008 14:56 (UTC +04:00)
Norveç Azərbaycanı demokratik və ədalətli seçkilər keçirməyə çağırır (video)

Azərbaycan, Bakı, 29 aprel / " , müxbir K.Ramazanova/ Norveçin XİN başçısı Yonas Qar Stere Azərbaycanı demokratik və ədalətli prezident seçkiləri keçirməyə çağırır. Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

"Bu yaxınlarda Ermənistan və Gürcüstanda keçirilən prezident seçkiləri, onların Avropa standartlarına müvafiq olmadığını göstərdi. Bunun üçün bütün diqqət Azərbaycana yönəldiləcək", - deyə çərşənbə axşamı Bakıda Norveçin XİN başçısı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra bildirib.

Ermənistanda fevralın 19-da prezident seçkiləri keçirilib. Seçkilərin yekunlarına əsasən, Baş nazir və Respublika Partiyasının lideri Serj Sarkisyan qalib gəlib. Ermənistan müxalifəti seçkilərdə namizədliyini irəli sürən və məğlub olan keçmiş prezident Ter-Petrosyanın başçılığı ilə Yerevanda mitinqlər keçirib. Fəaliyyətdə olan prezident Robert Köçəryan martın 1-də Yerevanda 20 gün müddətinə fövqəladə vəziyyətin tətbiq edilməsi barədə fərman imzaladı. Baş Prokurorluq hakimiyyətin zorla ələ keçirilməsi və Konstitusiya quruluşunun pozulmasına yönəlmiş kütləvi iğtişaşlar faktı üzrə cinayət işi qaldırdı. Bu minitqlər zamanı 106 nəfər həbs edildi.

Yanvarın 5-də Gürcüstanda keçirilən növbədənkənar prezident seçkiləri nəticəsində səslərin 53,4 faizini toplayan keçmiş prezident Mixail Saakaşvili qaib gəldi. Onun birləşmiş müxalifətdən olan əsas rəqibi Levan Qaçeçiladze səslərin 25,7 faizinin toplaya bilmişdi.

Norveçli nazirin sözlərinə görə, Azərbaycan qısa dövr ərzində demokratiyanın təmin edilməsi sahəsində uğurlar əldə edib. "Lakin bunun üçün vaxt və bu istiqamətdə səyləri davam etdirmək lazımdır", - deyə Norveçin XİN başçısı bildirib.

O həmçinin qeyd edib ki, Norveç və Azərbaycan enerji sahəsində mühüm tərəfdaşlardır və buna görə gələcək əməkdaşlıq üçün siyasi sahədə şəffaflığı təmin etmək lazımdır.

Norveç və Azərbaycan XİN başçılarının görüşündə iqtisadi əməkdaşlıq, həmçinin Azərbaycanın ÜTT-yə daxil olması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin iki ölkə Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti