...

Azərbaycan dindarları seçkidə hakimiyyətin namizədinə səs verəcəklər - Qafqaz Müsəlmanları İdarəsinin sədri

Siyasət Materials 29 Aprel 2008 16:36 (UTC +04:00)
Azərbaycan dindarları seçkidə hakimiyyətin namizədinə səs verəcəklər - Qafqaz Müsəlmanları İdarəsinin sədri

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir Q.Cəbiyev/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri bəyan edib ki, Azərbaycan dindarları prezident seçkisində hakimiyyətin namizədi, indiki prezident İlham Əliyevə səs verəcəklər. "Bizim dindarlarımız seçimlərini ediblər. Onlar prezident seçkisində həqiqi demokratik siyasətə - İlham Əliyevə səs verəcəklər", çərşənbə axşamı "Heydər Əliyev milli və mənəvi dəyərlər" mövzusunda keçirilən konfransda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkidə partiyanın sdəri Əliyevin namizədliyini irəli sürəcəyini deyib.

Müxalif Xalq Cəbhəsi, Liberal, Vərəndaş və İnkişaf partiyalarını özündə birləşdirən "Azadlıq" bloku seçki mühitinin dəyişdirilməyəcəyi təqdirdə, seçkini boykot edəcəyini açıqlayıb. Digər müxlaif Müsavat, Demokrat, Ümid, Böyük Quruluş partiyaları seçkidə öz namizədi ilə iştirak edəcəklərini bildirib.

Paşazadə bildirib ki, prezident Əliyev Azərbaycanın milli-mənəvi dəyərlərini, dinlərarası tolerantlıq ənənələrini qoruyur və daim inkişaf etdirir. Bu da dindarları prezidentin ətrafında birləşməyə sövq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti