...

Rusiya və Azərbaycan hökumətləri Buşehr AES üçün aparılan yükün saxlanılmasına dair məsələni nizama salmalıdır – ABŞ Dövlət Departamenti

Siyasət Materials 29 Aprel 2008 16:50 (UTC +04:00)
Rusiya və Azərbaycan hökumətləri Buşehr AES üçün aparılan yükün saxlanılmasına dair məsələni nizama salmalıdır – ABŞ Dövlət Departamenti

Martın 29-da Astara gömrük məntəqəsində - Azərbaycan-İran sərhədində saxlanılan və İranın Buşehr AES-i üçün nəzərdə tutulan yükün buraxılmasına dair məsələni "Azərbaycan və Rusiya hökumətləri nizama salmalıdır". "İTAR-TASS"ın verdiyi xəbərə görə, bu barədə bir gün əvvəl jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Şon Makkormak bildirib.

"Hər iki ölkə yaranan vəziyyəti BMT Təhlükəsizlik Şurası Qətnamələri üzrə üzv dövlətlərin üzərinə qoyulan öhdəliklərə müvafiq, xüsusilə də qətnamələrdə qeyd olunmuş potensial olaraq qanuna zidd məqsədlər üçün istifadə oluna biləcək materialların tranzit daşınmalarına yol verilməmsinə dair çağırışlara uyğun olaraq nizamlamalıdır.

" PRAYM-TASS " xəbər verir ki, bununla yanaşı, Makkormak qeyd edib ki, ABŞ-ın, Azərbaycan hökuməti tərəfindən saxlanılan yükün BMT TŞ Qətnamələrinə zidd nəqlinə dair şübhə etməsinə əsas yoxdur.

Rusiyanın "Atomtikintiixrac" şirkətinin məlumatlarına əsasən, Rusiyadan olan mütəxəssislər tərəfindən tikilən ilk İran AES-i üçün nəql olunan istilik keçirməyən avadanlıqlar beynəlxalq təcrübədə qəbul olan normalara müvafiq olaraq realizə olunur.

Tehranda səfərdə olan Rusiya Təhlükəsizlik Şurası katibi vəzifələrinin icraçısı Valentin Sobolyevin jurnalistlərə verdiyi məlumata görə, "İran və Rusiya Federasiyasında olan məlumatlara əsasən "heç bir qanun pozuntusu /AES üçün yük Azərbaycandan daşınan zaman/ olmayıb".

Trend un informasiyası: Rusiyadan İrana hərəkət edən və Buşehr AES üçün nəzərdə tutulan yük martın 29-da Astara gömrük məntəqəsində - Azərbaycan-İran sərhədində saxlanılıb. Əldə olunan məlumatlara görə, yükün dayandırılmasına səbəb Azərbaycan hökumətinin bu yükün ölkə ərazisi ilə tranzitinə qabaqcadan xüsusi icazəsinin olmamasıdır. Rəsmi Moskva hələ ki, Buşehrdə AES-in tikintisi üzrə podratçı olan "Atomtikintiixrac"a məxsus yükün saxlanılmasına dair Azərbaycanın sorğusuna cavab verməyə tələsmir. "Atomtikintiixrac"ın mətbuat katibi İrina Yesipova Trend a bildirib ki, Buşehrdəki AES üçün nəzərdə tutulan yük ikitəyinatlı mal, o cümlədən nüvə materialı deyil. O əlavə edib ki, hazırda "Atomtikintiixrac" Rusiyanın Azərbaycandakı səfirliyi ilə birgə vəziyyətin nizamlanması ilə bağlı işləri davam etdirir.

İran hesab edir ki, Buşehrdəki AES üçün nəzərdə tutulan yükün Azərbaycan-İran sərhədində saxlanılması gömrük problemi ilə əlaqədardır və məsələnin tezliklə həll ediləcəyinə ümid edir. Bu barədə əvvəllər Trend a müsahibəsində İranın Azərbaycandakı səfiri Nasir Hamidi Zare bildirib.

Xəbər lenti

Xəbər lenti