...

Azərbaycan prezidentliyinə iddialı olan müxalifət lideri etiraf edib

Siyasət Materials 30 Aprel 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Böyük Quruluş Partiyasının (BQP) sədri prezident seçkisində az səs toplayacağını etiraf edib. "Prezident seçkisi tam demokratik keçsə, seçicilərin cəmi 15 faiz səsini toplaya bilərəm" çərşənbə günü Trend -a BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkidə partiyanın sədri, indiki prezident İlham Əliyevin namizədliyini irəli sürəcəklərini bildirib. Partiya icra katibinin müavini Siyavuş Novruzov hələ ilin əvvəllərində jurnalistlərə hakim partiyanın namizədinin 97 faiz səs toplayacağını proqnozlaşdırmışdı.

Ana müxalifət hesab edilən müxalif Müsavat Partiyasının namizədi İsa Qəmbər isə aprelin əvvəllərində partiya gəncləri ilə görüşündə bildirib ki, seçkidə 25 faiz səs toplayan namizədlər siyasətdən getməyi düşünməlidir.

Digər müxalifət partiyalarından Demokrat, BQP, Ümid və digərləri seçkidə öz namizədi ilə iştirak edəcəklərini açıqlayıb.

Qəzənfəroğlu deyib ki, hakimiyyət seçkiöncəsi xalqın böyük elektoratını özünə çəkə biləcək. Bu baxımdan müxalifətdən olan namizədlərin seçkidə qalib gəlmək şansı olduqca azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti