...

Abxaziyada rusiyalı sülhməramlıların sayının artırılması məqsədəuyğun deyil - Metyu Brayza

Siyasət Materials 30 Aprel 2008 12:28 (UTC +04:00)
Abxaziyada rusiyalı sülhməramlıların sayının artırılması məqsədəuyğun deyil - Metyu Brayza

Gürcüstan, Tbilisi, 30 aprel / " , müxbir N. Kirtsxalia/ ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Moskvanın Gürcüstan-Abxaziya münaqişəsi zonasında öz sülhməramlı kontingentini 3 000 (1 500-dən) nəfərə qədər artırmaq barədə qərarını "məqsədəuyğun" adlandırmayıb. "Bu, regionda heç kimə lazım olmayan siyasi və hərbi gərginlik yarada bilər", - deyə ABŞ Dövlət katibinin köməkçisi Metyu Brayza "Rustavi 2" teleşirkətinə bildirib.

"Rusiya münaqişənin mediatoru kimi regiona daha çox gərginlik gətirəcək belə addımlar atmamalıdır", - deyə o qeyd edib.

Brayza qeyd edib ki, Amerika tərəfi istənilən tərəfdən güc tətbiq edilməsinə qarşıdır. "Ola bilsin ki, Rusiya tərəfinin qərarı rəsmi olaraq nəyəsə əsaslanır, lakin bu gərginlik üçün əlavə mənbədir", - deyə o bildirib.

Rusiyanın Müdafiə Nazirliyi çərşənbə axşamı məlumat verib ki, Gürcüstan-Abxaziya münaqişə zonasında hadisələrin inkişafı MDB-nin Sülhə Dəstək üzrə Kollektiv Qüvvələri şəxsi heyətinin sayının MDB dövlət rəhbərləri Şurasının 1994-cü il 22 avqust tarixli qərarı ilə müəyyən olunan həddə qədər artırılmasını zəruri edir.

Gürcüstan hakimiyyəti Abxaziyada Rusiya sülhməramlı kontingentinin artırılmasını Tbilisi üçün qəti şəkildə qəbuledilməz adlandırıb.

Xəbər lenti

Xəbər lenti