...

Azərbaycanın hakim partiyası "Freedom House"un hesabatını qərəzli adlandırıb

Siyasət Materials 30 Aprel 2008 13:36 (UTC +04:00)
Azərbaycanın hakim partiyası "Freedom House"un hesabatını qərəzli adlandırıb

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) "Freedom House" beynəlxalq hüquq müdafiə təşkilatının Azərbaycanda mətbuatın vəziyyətinə dair illik hesabatını ədalətsiz adlandırıb.

"Azərbaycanda mətbuatın azad olması ilə bağlı vəziyyətin Ermənistandan pis olmasının göstərilməsi ikili standartların təzahürüdür" çərşənbə günü jurnalistlərə YAP-ın sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.

"Freedom House" 195 ölkədə mətbuatın azadlığına dair illik hesabatını yayıb. Təşkilatın araşdırmasına görə, 72 ölkədə mətbuat azadlığı var, 64 ölkədə mətbuat azad deyil, 59 ölkədə isə qismən azaddır.

Hesabatda göstərilib ki, azad fikir ən çox Asiya ölkələrində və keçmiş sovet məkanında təqiblərə məruz qalıb. Sənəddə Azərbaycanda da mətbuat sahəsində müsbətə doğru irəliləyişin olmadığı bildirilir. Azərbaycan mətbuatın azad olmadığı ölkələrdən sayılır və "Freedom House"un siyahısında 168-ci yerdədir.

Azərbaycanda üç jurnalist həbsdədir, beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə rəsmi Bakıdan onları dərhal azad etməyi tələb ediblər.

Digər Cənubi Qafqaz ölkəsi Ermənistan da mətbuatın azad olmadığı ölkələr sırasında qərarlaşıb, lakin Azərbaycanla müqayisədə 24 pillə irəlidədir (144). Rusiya 170-ci yerdədir. Gürcüstanda isə mətbuatın qismən azad olduğu göstərilir.

Əhmədov deyib ki, Ermənistanda mətbuat sahəsində vəziyyətin bərbad olduğu halda, reytinqdə Azərbaycandan irəli yerdə göstərilməsi hesabatın obyektiv olmadığını sübut edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti