...

Azərbaycan Buşehr AES üçün aparılan yüklə bağlı Rusiya tərəfinin təqdim etdiyi informasiyanı öyrənir

Siyasət Materials 30 Aprel 2008 14:53 (UTC +04:00)
Azərbaycan Buşehr AES üçün aparılan yüklə bağlı Rusiya tərəfinin təqdim etdiyi informasiyanı öyrənir

Azərbaycan, Bakı, 30 aprel / " , müxbir S.Ağayeva/ Əgər Rusiya tərəfinin cavabı Azərbaycanı qane edərsə, Buşehr AES üçün aparılan yüklə bağlı məsələ həll oluna bilər. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Azərbaycan tərəfi əvvəllər Buşehrdə AES-in tikintisi üzrə podratçı olan Rusiyanın "Rosatomstroy" şirkətinin yükünü tranzit üçün Azərbaycan hökumətindən alınmalı olan xüsusi icazəyə malik olmadığı üçün saxlamışdı.

Nazir müavini bildirib ki, bu gün Rusiyanın Azərbaycandakı səfirliyi Buşehr AES üçün aparılan yükün təyinatı və texniki göstəriciləri barədə bütün məlumatları Azərbaycan XİN-ə təqdim edib və hazırda məlumatlar öyrənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti