...

Bakıda Azərbaycan-İsveçrə əməkdaşlığının perspektivləri müzakirə olunacaq

Siyasət Materials 30 Aprel 2008 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / " , müxbir S.Ağayeva/ Azərbaycan və İsveçrə bütün sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdən keçirəcək. Yüksək səviyyəli ikitərəfli danışıqlar mayın 10-13-də Bakıda, İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpenin Azərbaycana səfəri çərçivəsində baş tutacaq. Bu barədə çərşənbə günü Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov Trend a məlumat verib.

Səfər yanvar ayında Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində görüşlər zamanı Azərbaycan prezidenti İlham Əliyevin öz həmkarını Azərbaycana dəvət etməsilə baş tutacaq.

Səfir bildirib ki, səfər çərçivəsində qarşılıqlı maraq kəsb edən müxtəlif sahələrdə Azərbaycan-İsveçrə əməkdaşlığının inkişaf perspektivləri və hazırkı vəziyyətinin çoxtərəfli müzakirələri nəzərdə tutulur.

Bu, İsveçrə Konfederasiyası rəhbərinin Azərbaycana ilk səfəridir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti