...

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası parlament seçkilərində iştirak etməyəcək

Siyasət Materials 30 Aprel 2008 21:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir S.İlhamqızı/ Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Gürcüstanın parlament seçkilərində iştirak etməyəcək və heç bir partiya və seçki blokunu dəstəkləməyəcək.

"Bu parlament seçkilərində iştirak etməyin heç bir mənası yoxdur" - deyə GAMA prezidenti Daşqın Gülməmmədov Trend a bildirib.

Onun sözlərinə görə, azərbaycanlıların yaşadığı rayonlarda yerli hökumət orqanları inzibati ehtiyatların köməyilə seçkiləri saxtalaşdırmağa hazırlaşır və bunun üçün aktiv hazırlıq işləri gedir.

"Azərbaycanlılar yaşayan rayonların bir çox məmurları bu vasitə ilə Gürcüstanın rəhbərliyi qarşısında öz xeyrlərinə xal qazanmaq niyyətindədir. Mənə məlum olub ki, seçkilərdən sonra Gürcüstan hökuməti Kvemo-Kartli və Kaxetiya regionlarındakı dövlət orqanlarında miqyaslı yoxlanış və təmizləmə işləri aparacaq. Ona görə ki, əhalidən yüksək orqanlara azırbaycanlılar yaşayan rayonlarda kütləvi surətdə qanunsuzluq və korrupsiya barədə müraciətlər daxil olur"- deyə Gülməmmədov bildirib.

O əlavə edib ki, GAMA nə müxalifəti, nə də Mixail Saakaşvilinin partiyasını dəstəkləməyəcək. Onun fikrincə, azərbaycanlıların problemləri müxalifəti maraqlandırmır. Saakaşvilinin partiyası isə azərbaycan əhalisinin dəstəyini almasa, parlament seçkilərinin nəticələrini saxtalaşdıracaqlar.

"Mən teatr quruluşundan fərqlənməyən bu seçkilərdə iştirak etməkdən imtina edirəm. Təəssüflər olsun ki, bəzi milli nümayəndələrin ambisiyaları ucbatından azərbaycanlılar birləşə və vahid siyasi qüvvə kimi seçkilərdə iştirak edə bilməyəcəklər" - deyə Gülməmmədov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti