...

Bakıda işə düzəltmək adı ilə vətəndaşların xeyli miqdarda pulunu mənimsəyən qadın tutulub

Siyasət Materials 1 Dekabr 2008 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir S.Kazımlı / Bakıda dələduzluq yolu ilə vətəndaşlardan pul alıb mənimsəyən Naxçıvan sakini tutulub. Tutulan şəxs işə düzəltmək adı ilə vətəndaşlardan xeyli miqdarda pul alıb mənimsəməkdə təqsirli bilinir. Bu barədə Nərimanov rayon Polis İdarəsindən bazar ertəsi Trend -a məlumat verilib.

Rayon Polis İdarəsindən bildiriblər ki, 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində noyabrın 17-də barəsində Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda elan olunan 1961-ci il təvəllüdlü Naxçıvan Muxrar Respublikasının Şərur rayonunun Aralıq kənd sakini Sücayət Nağı qızı Məmmədova bazar günü tutulub. Məmmədova şirkətlərə işə düzəltmək adı ilə iki vətəndaşdan 5 min manat pul alıb mənimsəməkdə təqsirli bilinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti