...

Bakı-Tümen qatarının bələdçisinin gizlətdiyi narkotik maddələr aşkar edilib

Siyasət Materials 2 Dekabr 2008 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend müxbir S.Kazımlı / Bakı-Tümen sərnişin qatarının tutulan bələdçisinin gizlətdiyi narkotik maddə hüquq-mühafizə orqanları tərəfindən aşkar edilib. O, xeyli miqdarda narkotik maddəni digər vaqonda gizlədibmiş. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə günü Trend -a məlumat verilib.

Trend -un arayışı: DİN-in Nəqliyyatda Baş Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 30-da Bakı Dəmir Yolu Vağzalında Bakı-Tümen sərnişin qatarında, qatarın bələdçisi, Bakı şəhər sakini Azər Quliyev 12 kiloqram həşiş qətranını Rusiya Federasiyasına aparmaq istəyərkən tutulub.

Məlumata görə, bazar ertəsi Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Bakı Dəmir Yol Stansiyasının dayanacaq parkında dayanan vaqonda gizlətdiyi 53 kiloqram həşiş qətranı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti