...

Azərbaycanın müxalif partiyası müttəfiqləri ilə blok yaratmaq niyyətində deyil

Siyasət Materials 2 Dekabr 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir A.Hüseynbala/Azərbaycanın müxalif partiyası digər siyasi qurumlarla blok yaratmaq yox, əməkdaşlıq tərəfdarıdır.

"Əməkdaşlıq üçün Demokratiya Uğrunda İttifaqda təmsil olunan partiyalarla müzakirələrimiz davam edir", - çərşənbə günü Trend - a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov bildirib.

Trend - un arayışı: Demokratiya Uğrunda İttifaqını 2005 - ci il parlament seçkiləriəndən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yaradıb. 2008 - ci il sentyabrın əvvəlində Böyük Azərbaycan, noyabr ayında Azərbaycan Xalq Partiyası İttifaqa üzv olublar. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Onun sözlərinə görə, əməkdaşlıqla bağlı məsləhətləşmələr aparılsa da, AMİP hər hansı blokda iştirak etmək niyyətində deyil: "Biz müxalif partiyalara konkret sahələr üzrə əməkdaşlıq təklif edirik. partiyamızın Siyasi Şurasının hər hansı blokda və ittifaqlda iştirak etməməsi barədə qərar qüvvədə qaldığından, daha çox ikitərəfli əməkdaşlığa üstünlük veririk", - Orucov vurğulayıb.

AMİP funksioneri müxalif partiyalarla hansı məsələlərlə bağlı əməkdaşlıq edə biləcəklərinin dəqiqləşdirilmədiyini deyib: "Azərbaycanda keçiriləcən bələdiyyə və parlament seçkiləri ərəfəsində partiyamızın bloklarda və koalisiyalarda iştirakı məsələsi aktuallaşa bilər. İndi əldə olunacaq əməkdaşlıqdan seçki ərəfəsində daha səmərəli istifadə etmək mümkündür", - Orucov qeyd edib.

AMİP 1992 - ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004 - cü ilin sonunadək sədri olmuş Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti